ÜST-dən mühüm açıqlama  - Mobil telefondan istifadə beyin xərçənginə səbəb olur?
07 sentyabr 2024 03:05 (UTC +04:00)

ÜST-dən mühüm açıqlama - Mobil telefondan istifadə beyin xərçənginə səbəb olur?

Ümumdünya Səhiyyə Təşkilatının mühüm bir araşdırması cib telefonları ilə beyin xərçəngi arasındakı həqiqəti üzə çıxarıb.

Lent.az xəbər verir ki, ÜST-ün apardığı araşdırmaya görə, beyin xərçəngi ilə mobil telefondan istifadə arasında heç bir əlaqə tapılmayıb.

Mobil cihazlardan gələn radiasiya ilə bağlı onilliklər ərzində narahatlıqlar var idi və ÜST-ün xərçəng agentliyi 2011-ci ildə onu insanlar üçün potensial kanserogen elan etmişdi.

Lakin 1994-cü ilə aid onlarla araşdırmaya əsaslanan yeni araşdırma onu göstərib ki, hətta bütün gününü zəng etməklə və ya smartfonlarından istifadə etməklə keçirən insanlar arasında belə, cib telefonu istifadəsi ilə xərçəng arasında heç bir əlaqə tapmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2514
avatar

Oxşar yazılar