Zaqatalada minik avtomobillərinin toqquşması nəticəsində bir nəfər xəsarət alıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 109-cu kilometrliyində, Zaqatala rayonunun Lahıc kəndi ərazisindən keçən hissəsində baş verib.
1998-ci il təvəllüdlü Zaqatala rayonu Bəhmətli kənd sakini Rəvan Vasif oğlu Muradovun idarə etdiyi “Nissan” markalı minik avtomobili ilə 1998-ci il təvəllüdlü Zaqatala rayonu Muxax kənd sakini Oruc Arif oğlu Abdullayevin idarə etdiyi “VAZ 2106” markalı avtomobil toqquşub.
Qəza zamanı “VAZ 2106” markalı avtomobildə olan sərnişin, 2007-ci il təvəllüdlü Zaqatala rayonu Muxax kənd sakini Əhməd Rövşən oğlu Həsilov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusuna yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.