Dünyanın ən yaşlı prezidenti  ikinci müddətə   namizəd olacaq: onun neçə yaşı var?
14 iyul 2025 19:15 (UTC +04:00)

Dünyanın ən yaşlı prezidenti ikinci müddətə namizəd olacaq: onun neçə yaşı var?

Dünyanın ən yaşlı prezidenti, Kamerunun rəhbəri ikinci müddətə namizəd olmaq qərarına gəlib. Qalib gəlsə, 100 yaşına kimi vəzifədə qalacaq.

Lent.az xarici mediaya istinadla bildirir ki, Kamerunun hazırkı prezidenti 92 yaşlı Pol Biya 2025-ci il oktyabrın 12-də keçiriləcək prezident seçkilərində namizədliyini rəsmən açıqlayıb.

O, bu barədə X sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verib.

Məlumatda deyilir: “Sizə xidmət etmək əzmim ölkəmizin qarşısında duran vəzifələr qədər böyükdür”.

Qeyd edək ki, 92 yaşlı Kamerun prezidenti Pol Biya vəzifədə olan ən yaşlı dövlət başçısıdır. O, 1982-ci ildən Kameruna rəhbərlik edir.

BBC-nin qeyd etdiyi kimi, Biya 1982-ci ildə hakimiyyətə gəldikdən sonra heç vaxt seçkilərdə məğlub olmayıb. 2008-ci ildə prezidentlik müddətinə məhdudiyyətlər ləğv edildikdən sonra o, qeyri-məhdud sayda seçkilərdə iştirak edə bilib. Siyasətçi sonuncu dəfə 2018-ci il seçkilərində 71 faizdən çox səs toplayaraq qalib gəlib, baxmayaraq ki, müxalifət qrupları hökuməti qanun pozuntularında ittiham edib.

Biya daha yeddi illik müddətə qalib gəlsə, o, təxminən 100 yaşına qədər prezident ola bilər.

92 yaşlı prezidentin administrasiyası korrupsiya, mənimsəmə, zəif idarəçilik və təhlükəsizlik problemlərini həll etməməkdə tənqid olunur. Onun səhhəti və idarəçilik qabiliyyəti ilə bağlı da narahatlıqlar olub. Keçən il altı həftədən çox ictimaiyyətin gözü qarşısında olmaması onun rifahı və ölümü ilə bağlı şayiələrə səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 300

Oxşar yazılar