Meymunu caynağında aparan  ən yırtıcı quş
14 iyul 2025 15:49 (UTC +04:00)

Meymunu caynağında aparan ən yırtıcı quş

Dişi harpiyalar o qədər güclüdürlər ki, öz çəkilərinə bərabər ağırlıqda olan meymun və ya yetkin tənbəl heyvanı qoparıb apara bilirlər. Onların caynaqları yırtıcı quşlar arasında ən böyüyüdür. Arxa caynağın uzunluğu 7 sm-ə qədər çata bilər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, harpiyalar dünyada ən iri yırtıcı quşlar olmasalar da (bu ada kondorlar sahibdir), ən güclü quş hesab olunurlar.

Harpiyaların görünüşü və yaşayış arealı

Hayanın uzunluğu dimdiyindən quyruğuna qədər 0,9–1 metr, qanad açımı isə 2 metrə qədər olur. Uzun quyruqları və böyük qanadları onlara uçuş zamanı yüksək çeviklik verir.

Harpiyalar arasında cinsi dimorfizm müşahidə olunur – dişilər erkəklərdən təxminən iki dəfə ağırdır və 9 kiloqrama qədər çata bilər. Bu güclü quşların yaşayış arealı Meksikanın cənubundan başlayaraq Argentina şimal-şərqinə qədər uzanır. Ən çox harpiyaya enesuela və Braziliya meşələrində rast gəlinir. Lakin ən sıx populyasiya sıxlığı Panamada müşahidə olunur.

Harpiyalar necə ov edir?

Harpiyalar əsasən ağacdan ağaca qısa uçuşlar edərək ovlanırlar. Hər dəfə müşahidə üçün dayandıqları budaqlardan ətrafda ehtiyatsız olan tənbəlləri və meymunları izləyirlər. Onların əsas qidası ağacda yaşayan məməlilərdir.

Tənbəllər, ulayan meymunlar, kinkaçu, opossum, olinqo və digər canlılar. Bəzən iri tropik quşları, məsələn, araları da ovlaya bilirlər. Nadir hallarda isə harpiyalar yerüstü canlılara, gənc zirehli heyvanlara və ya ilanlara hücum edirlər.

Onların son dərəcə qalın ayaqları və güclü pəncələri tənbəl heyvanları və meymunları birbaşa budaqdan qoparıb aparmaq üçün kifayət qədər güclüdür. Böyük bir dişi harpiyanın öz çəkisinə bərabər bir ovla havaya qalxması qeyri-adi hal deyil.

Harpiyaların çoxalması necə baş verir?

Harpiyalar ömürlük cütlük formalaşdırır və orta hesabla iki-üç ildən bir çoxalırlar. Bu, yırtıcı quşlar arasında ən uzun reproduktiv dövrlərdən biridir. Dişi harpiya iki yumurta yumurtlasa da, yalnız bir balanı böyüdür. Adətən ikinci yumurta kənara atılır və ya balaca bala böyük bacı/qardaşı ilə rəqabətdə uduzur.

Müşahidələr göstərir ki, əsirlikdə saxlanılan harpiyalar cinsi yetkinliyə çox gec çatırlar: dişilər beş, erkəklər isə doqquz yaşından sonra çoxalmağa başlayır.

Harpiyalar nə qədər yaşayır?

Əgər harpiya xəstəliklərdən, zədələrdən və insanların təqibindən yayınmağı bacarırsa, o zaman 25, hətta 35 ilə qədər yaşaya bilər. Təbiətdə bu quşlara ən çox insan fəaliyyəti – meşələrin qırılması və ovçuluq təhlükə yaradır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 488

Oxşar yazılar