Onlar məşhurluqdan  bezib - "Kim olduğumu unutdum"
14 iyul 2025 19:20 (UTC +04:00)

Onlar məşhurluqdan bezib - "Kim olduğumu unutdum"

Populyarlıq yalnız səhnənin parlaq işıqları, qırmızı xalçalar və fanatların alqışları demək deyil. Əslində bu işığın arxasında böyük psixoloji təzyiq, şəxsi iztirablar və daxili sarsıntılar gizlənə bilər. Bəzi məşhurlar üçün sürətlə artan şöhrət,həyatlarında dərin psixoloji böhranlara səbəb olub.

Lent.az xarici mediaya istinadən şöhrətin yükünü daşımaqda çətinlik çəkmiş, məşhurluqla mübarizə aparmış 5 dünya ulduzu haqqında məlumat verir. 

1. Cenna Orteqa: "Uensdey" ulduzunun tənhalığı

5 звезд, которых сломала собственная популярность

Cenna Orteqa 2022-ci ildə "Wednesday" serialındakı baş rolu ilə dünya miqyasında tanınıb. Lakin aktrisa bu gözlənilməz şöhrətin onun həyatında xoşbəxtlik yox, narahatlıq yaratdığını etiraf edib.

Orteqa müsahibələrindən birində bildirib ki, kütləvi diqqət və media təzyiqi onun üçün tamamilə yad bir hiss idi. Şöhrətin gətirdiyi stressdən uzaq qalmaq üçün o, köhnə tipli telefon (qapaqlı model) alıb və sosial şəbəkələrdən uzaq durmağa çalışıb.

“Səmimi desəm, serialdan sonra mən özümü çox bədbəxt hiss edirdim. Mənim kimi içəqapanıq biri üçün bu qədər diqqət qorxuludur,” – aktrisa bildirib.

Aktrisa həmçinin, serialdakı məşhur rəqs səhnəsinin sosial şəbəkələrdə viral olmasından sonra, sadəcə sevinirmiş kimi davrandığını, əslində isə bu həddindən artıq maraqdan narahat olduğunu etiraf edib.

2. Meqan Foks: Gözəlliyin arxasındakı qorxu

5 звезд, которых сломала собственная популярность

Meqan Foks Hollivudun gözəllik simvolu kimi tanınsa da, özü bu diqqətin onun üçün əzabverici olduğunu dəfələrlə bildirib. Onun üçün əsas dönüş nöqtəsi 2009-cu ildə çəkildiyi “Jennifer’s Body” filmi olsa da, bu filmlə qazandığı şöhrət yükə çevrilib.

“İnsanların mənə baxmasından, mühakimə etməsindən və təhqir olunmaq qorxusundan dolayı ümumiyyətlə ictimai yerlərə çıxmaq istəmirdim,” –  Foks müsahibəsində bildirib.

O, 2021-ci ildə də bildirib ki, hər addımında ictimai qınaq və təzyiq hiss etdiyini, demək olar ki, hərəkətləri üçün utanmağa məcbur edildiyini hiss edir.

3. Enn Heteuey: “Mən kim olduğumu belə bilmirdim”

5 звезд, которых сломала собственная популярность

Enn Heteuey cəmi 17 yaşında televiziya ekranlarında məşhurlaşıb. “Princess Diaries” filmindəki rolu ilə isə şöhrəti daha da artıb. Lakin o zaman o, bu dərəcədə diqqətə psixoloji cəhətdən hazır olmadığını deyir.

“Hər kəs ‘sadəcə özün ol’ deyirdi, amma mən hələ özümün kim olduğumu belə bilmirdim”, – aktrisa etiraf edib. Zamanla o, özünü daha yaxşı tanımağa və başqalarının razılığına ehtiyac duymadan yaşamağı öyrənib.

4. Robert Pattinson: "Şöhrətlə nə edəcəyimi bilmirdim"

5 звезд, которых сломала собственная популярность

Robert Pattinson, "Twilight" (Sumuklar) filmi ilə qlobal ulduza çevrilsə də, özü bu dərəcədə tanınmaqdan çəkindiyini və narahat olduğunu etiraf edib.

“Mənə fanatlar ‘Rob, səni istəyirəm’ deyəndə sadəcə utanıram və nə cavab verəcəyimi bilmirəm”, – aktyor bildirib.

O, çox zaman ikincil rollara üstünlük verir, çünki bu yolla diqqət mərkəzindən uzaq qalmaq mümkündür. Pattinson da şəxsi həyatın müzakirə olunmasından narazıdır və bunun aktyorun işi ilə heç bir əlaqəsi olmadığını deyir.

5. Bred Pitt: “Şöhrət məni tək buraxdı”

5 звезд, которых сломала собственная популярность

Bred Pitt, “Thelma və Louise” filmindəki parlaq çıxışı ilə Hollivudun ən cazibədar simalarından birinə çevrilib. O, 28 yaşında olarkən dünya miqyasında tanındı, lakin bu şöhrət ona narahatlıq və tənhalıq gətirib.

“Şöhrət məni içimdə boşluqla baş-başa qoydu. Paparatsilər məni hər an izləyirdi və bu məni çox yorurdu”, – Pitt müsahibələrində bildirib.

O həmçinin, aktyorların şəxsi həyatını ictimai müzakirə predmeti etməyin lazımsız və zərərli olduğunu düşünür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 252

Oxşar yazılar