Məhkəmə prokurorluğun protestini qəbul etmədi
08 aprel 2010 11:30 (UTC +04:00)

Məhkəmə prokurorluğun protestini qəbul etmədi

Azərbaycanda 2 nəfəri öldürən Rusiya vətəndaşına 15 il həbs


Aprelin 8-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə iki nəfərin qətlində təqsirləndirilən Rusiya və Azərbaycan vətəndaşlarının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Lent.az-ın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, İqor Bazilevski 15 il, Anar Nuriyev isə 13 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.


Xatırladaq ki, bir müddət əvvəl Ağır Cinayətlərə Dair işlər üzrə məhkəmənin hökmü ilə təqsirləndirilənlər İqor Bazilevski 15 il, Anar Nuriyev isə 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Apellyasiya protesti və şikayəti əsasında isə hökm ləğv olunaraq, yenidən baxılması üçün birinci məhkəmə instansiyasına göndərilib.


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslər barəsində olan cinayət işinə xitam verilib və yenidən istintaq aparılması üçün Bakı şəhər Prokurorluğuna göndərilib.



İttihama görə, Rusiya vətəndaşı, 1986-cı il təvəllüdlü İqor Bazilevski 2008-ci il dekabrın 15-də tanışı 52 yaşlı Aleksandr Nikolayeviç Qolekovla nahar edib. Araq içdikdən sonra dava düşüb. Nəticədə İ. Bazilevski A. Qolekovu butulka ilə başından vuraraq qətlə yetirib.


2008-ci il dekabrın 16-da isə İ. Bazilevski tanışı Anar Nuriyevlə birgə Xətai rayon Naximov küçəsində yaşayan Rafiq Əliyevin evində yeyib-içiblər. Sonra isə yaranan mübahisə qətllə nəticələnib. İ. Bazilevski və A. Nuriyev R. Əliyevi xüsusi amansızlıqla qətlə yetirib.

Qeyd edək ki, təqsirləndirilənlər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 120.2.10 (təkrar adam öldürmə), 177.1 (oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama) maddələri ilə ittiham olunurlar.


Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 317

Oxşar yazılar