4 aylıq körpə xəstəxanada öldü
27 mart 2010 17:00 (UTC +04:00)

4 aylıq körpə xəstəxanada öldü

O, ağır pnevmoniya ilə Masallı rayon xəstəxanasına yerləşdirilmişdi

Masallıda 4 aylıq qız uşağı ölüb. Masallı Rayon xəstəxanasından Lent.az-a verilən məlumata görə, Xırmandalı kəndinin sakini Samirə İsgəndər qızı xəstəxanaya ağır pnevmoniya diaqnozu ilə yerləşdirilib. Lakin ölüm səbəbi hələ ki, dəqiq bilinmir.


Xəstəxanadan verilən məlumata əsasən, hazırda Samirənin meyiti tibbi ekspertizadan keçirilir. Masallı rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, Samirə vurulan bir iynədən sonra öldüyü üçün hadisənin həkim səhlənkarlığı olub-olmaması araşdırılır.

Vüqar Baba
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 348

Oxşar yazılar