İsmayıllı şəhərində 3 uşaq atası özünü asıb
27 mart 2010 15:00 (UTC +04:00)

İsmayıllı şəhərində 3 uşaq atası özünü asıb

Azərbaycanın İsmayıllı şəhərində intihar hadisəsi baş verib.


İsmayıllı şəhər Prokurorluğundan APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə martın 26-da axşam saat 22:00 radələrində İsmayıllı şəhərindəki Orucov küçəsinin 41 saylı mənzilində qeydə alınıb.


1986-cı il təvəllüdlü Cəfər Hacı oğlu Hacıyev özünü yaşadığı evin tavanından kəndirlə asaraq intihar edib. Üç uşaq atası olan C.Hacıyevin özünə qəsd etməsinin səbəbləri hələ məlum deyil.


Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 125.1-ci (özünü ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 806

Oxşar yazılar