Azərbaycan Ordusunun daha bir əsgəri şəhid oldu
27 mart 2010 13:00 (UTC +04:00)

Azərbaycan Ordusunun daha bir əsgəri şəhid oldu

Goranboy rayonundan hərbi qulluğa çağırılmış və Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmət edən Vüqar Qalib oğlu Pənahir martın 26-da şəhid olub.


Goranboy rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, 19 yaşlı Vüqar hərbi qulluqda olduğu Füzuli rayonunda ermənilər tərəfindən gecə saatlarında vurulub.


Şəhidin qohumları isə Goranboy rayonunda yol kəsiblər. Vüqar Pənahirin valideynləri onun 4 ay əvvəl yaralandığını və laqeydlik nəticəsində öldüyünü deyirlər. Qohumları meyiti yol ortasına qoyaraq etiraz bildiriblər. Bu barədə Lent.az-a Goranboy rayonu Dəlməmmədli kənd sakinləri məlumat verib.


Füzuli Rayon Hərbi Prokurorluğundan isə Lent.az-a bildirilib ki, Vüqar Pənahirin ölüm səbəbləri araşdırılır və yalnız araşdırma bitdikdən sonra onun ölümünə səbəb olan yaralanmanın nə vaxt baş verdiyi müəyyənləşdiriləcək.

Vüqar Baba, Pərvin Abbasov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 676

Oxşar yazılar