Kür çayının səviyyəsi qalxıb
24 mart 2010 18:00 (UTC +04:00)

Kür çayının səviyyəsi qalxıb

Kür çayının səviyyəsi son həftə ərzində 0,9 metr qalxıb.



Bu barədə APA-nın Mil-Muğan bürosuna Şirvan İstilik Elektrik Stansiyasının hidro sexinin mütəxəssisi məlumat verib.


Mütəxəssis deyib ki, son həftə ərzində Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində çayın səviyyəsi 70 santimetr qalxıb. Salyanda Kürün səviyyəsi 0,9-1 metr, Neftçala rayonu ərazisində isə 80 santimetr yüksəlib. Bəzi həyətlərdə qrunt suları əmələ gəlib. Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti qrunt sularının təmizlənməsi üçün həyətlərdə nasoslar quraşdırıb və əlavə tədbirlər həyata keçirir. Çayın bulanıqlığı da artıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 344

Oxşar yazılar