İnterpol xəttilə axtarılan azərbaycanlı qadın tutuldu
24 mart 2010 16:00 (UTC +04:00)

İnterpol xəttilə axtarılan azərbaycanlı qadın tutuldu

Gürcüstanda yaxalanan qadın adam oğurluğuna görə axtarışda olub


İnterpol xəttilə axtarılan azərbaycanlı qadın yaxalanıb.


Lent.az DİN-in saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikasında İntierpolun Milli Mərkəzi Bürosu əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) və 243-cü (Fahişəliyə cəlb etmə) maddələri ilə axtarışda olan Arzu Xalıqova Gürcüstan Respublikasında tutulub.


A.Xalıqovanın ekstradisiyası üçün tədbirlər görülür.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 362

Oxşar yazılar