Türkiyədə azərbaycanlı qadının başçılıq etdiyi dəstə tutuldu
24 mart 2010 13:00 (UTC +04:00)

Türkiyədə azərbaycanlı qadının başçılıq etdiyi dəstə tutuldu

Türkiyədə polisin keçirdiyi genişmiqyaslı əməliyyat tədbirləri nəticəsində insan alveri ilə məşğul olan dəstə zərərsizləşdirilib.



Eyni vaxtda 12 ünvanda əməliyyat keçirilib. Dəstəyə Azərbaycan vətəndaşı olan Azadə D. Rəhbərlik edirmiş. Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, insan alverinə görə barəsində daha əvvəl cinayət işi başlanan və hazırda istintaqı davam edən “Sevinc” kod adlı Azadə D. növbəti dəfə yaxalanıb. Ondan 50 min türk lirəsi (25 min manat) və kompüter götürülüb. Dəstə başçısının kompüterində 1000 nəfərin siyahısı, “müştəri”lərin qadınlarla yataq görüntüləri olub. Dəstə üzvlərinin lüks bir otelin 301 nömrəli otağında gizli kamera quraşdırdığı üzə çıxıb. Bundan daha sonra şantaj məqsədilə istifadə edildiyi bildirilir.


Məlum olub ki, Azadə D. Ukrayna, Belorus və Azərbaycandan gətirdiyi qızları Türkiyədə fahişəliyə məcbur edib. O, qızları Türkiyəyə iş tapmaq vədi ilə aldadıb.
Əməliyyat nəticəsində fahişəliyə məcbur edilən 30 əcnəbi qadınla birlikdə cinayətə vasitəlik edən daha 28 nəfər də tutulub.
Araşdırma nəticəsində o da məlum olub ki, “müştərilər” arasında yüksək vəzifəli şəxslər var. Onların adı da kompüterdəki siyahıda olub. Polis siyahıda adı olan bütün şəxslərlə bağlı araşdırma aparacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 652

Oxşar yazılar