31 yaşlı qadın intihara cəhd edib
23 mart 2010 13:00 (UTC +04:00)

31 yaşlı qadın intihara cəhd edib

Onun həyatını xilas etmək mümkün olub

Martın 22-də Gəncədə 31 yaşlı qadın sirkə turşusu içərək, canına qəsd edib. Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə Gəncə şəhər Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Təcili Tibbi Yardım Xəstəxanasının həkimləri 1979-cu il təvəllüdlü İbrahimova Vəfa Mübariz qızının həyatını xilas edə biliblər.

Vəziyyəti normallaşan qadın bu addımı maddi çətinlik çəkdiyi üçün atdığını bildirib.
Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 319

Oxşar yazılar