Sahibsiz itlərin dişlədiyi 57 yaşlı kişi öldü
23 mart 2010 12:00 (UTC +04:00)

Sahibsiz itlərin dişlədiyi 57 yaşlı kişi öldü

Sumqayıt sakini quduzluqdan dünyasını dəyişib

Sumqayıt şəhər sakini quduzluqdan ölüb. Bu barədə Lent.az-a Sumqayıt şəhər prokurorluğundan məlumat verilib. Məlumatda bildirilib ki, ölümə səbəb olan hadisə fevralın birinci ongünlüyündə şəhərin Bağlar massivi adlana ərazisində qeydə alınıb. Həmin ərazidə yaşayan 1953-cü il təvəllüdlü Rüstəm Quliyev sahibsiz itlərin hücumuna məruz qalıb. İtlər onun bədənini bir neçə yerdən dişləyib. Aldığı xəsarətlərə ciddi fikir verməyən R.Quliyev həkimə müraciət etməyib. O, yaralarını evdə sağaltmaq qərarına gəlib. Lakin martın 23-də - hadisədən 40 gün sonra səhər saatlarında evdə dünyasını dəyişib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 348

Oxşar yazılar