Elxan Şükürlü MTN-də sorğu-suala tutulub
17 mart 2010 12:00 (UTC +04:00)

Elxan Şükürlü MTN-də sorğu-suala tutulub

Ədalət Partiyasının mətbuat xidmətinin rəhbərinə xəbərdarlıq edilib


Ədalət Partiyasının mətbuat xidmətinin rəhbəri Elxan Şükürlü bu gün Milli Təhlükəsizlik Nazirliyində (MTN) 4 saat sorğu-suala tutulub.

Bu barədə Lent.az-a Elxan Şükürlü məlumat verib.

Elxan Şükürlü bildirib ki, MTN-dən dünən saat 19.00 radələrində ona zəng açıblar və onun bu gün saat 11:00-da MTN-nin Baş İdarəsində olmasını bildiriblər: “Bu gün saat 11:00-da da MTN-nin Baş İdarəsində oldum və saat 15:00-a qədər sorğu-suala tutuldum. Məlum oldu ki, məni “Xural” qəzetinin martın 7-də dərc olunmuş sayında işıq üzü görmüş şərhimə görə çağırıblar. Mən “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətli, bu qətldə MTN zabitinin əlinin olması haqda Eynulla Fətullayevin açıqlamalarına şərh vermiş, münasibətimi bildirmişdim”.


Elxan Şükürlünün sözlərinə görə, istintaq orqanı hesab edir ki, şərhdə yer alan fikirlər istintaqın obyektiv aparılmasına maneçilik törədə bilər: “Həmin yazı və istintaqla bağlı ifadə verdim və mənə xəbərdarlıq etdilər. İstintaq sirri olduğuna görə MTN-də mənə hansı sualları ünvanlamaları, mənim hansı cavabları verdiyimi demirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 437

Oxşar yazılar