Dodağına bax, ehtirasını anla…
16 mart 2010 16:30 (UTC +04:00)

Dodağına bax, ehtirasını anla…

Ehtirasları büruzə edən yeni dodaq boyası satışa çıxarılıb
ABŞ-ın Koliforniya ştatında kişilər üçün bir “dost” hazırlanıb. Lent.az xarici mediaya istinadən verir ki, “Mood Swing Emotionally Activated Lir Gloss” adlı yeni dodaq boyası qadınların ürəyindən keçənləri kişilərə göstərəcək. Yəni, kişi qadının dodağına baxaraq onunla yatmaq istəyib-istəmədiyini anlayacaq.
Belə ki, dodaq boyasının özü çəhrayı rəngdədir. Qadın qarşısındakı kişiyə qarşı şəhvət hissi keçirdikdə rəng qırmızıya çevrilir.
Aradüzəldənlər dodaq boyasının kəşfini gözəl qiymətləndirir, cütlüklər arasındakı yaxınlaşmalara kömək edəcəyini düşünürlər. Eşq-məhəbbət düşkünləri bu boyanın utancaq hisslərini aça bilməyən qızlara kömək edə biləcəyini deyir. Dodaq boyasının əks-effekti də qızları indidən narahat edir. Misal üçün, avtobusda yanındakı adama maraq göstərən qızın yəqinki tək dodağı yox, üzü də qızaracaq.
Dodaq boyasının qiyməti 22 manatdır.
Vüqar Baba
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 386

Oxşar yazılar