Samir Bağırov Bakıdadır
13 mart 2010 20:00 (UTC +04:00)

Samir Bağırov Bakıdadır

Bir müddət öncə Azərbaycanı tərk edən müğənni Samir Bağırov dünən axşam saatlarından gizlicə Bakıya gəlib. Bu barədə Lent.az-a Heydər Əliyev Beynəlxalq Hava Limanındakı mənbə xəbər verib. Adının çəkilməsini istəməyən şəxs bildirib ki, Bağırov Moskva reysi ilə Bakıya gəlib və axşam saat 18:30-da artıq paytaxtda imiş.

Samir Bağırovun yaxınları bu gəlişdən xəbərsiz olduqlarını bildiriblər. Onların dediklərinə görə, Samir Bakıya gələcəyini onlara deməyib.

Müğənninin ətrafında bir neçə nəfər olub. Bağırovun başında ağ papaq, əynində uzun qara palto var imiş.

Nəzrin
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 429

Oxşar yazılar