Qarlı havada məşhurların başına gələnlər - SORĞU
09 fevral 2010 16:30 (UTC +04:00)

Qarlı havada məşhurların başına gələnlər - SORĞU

Ölkə ərazisində davam edən qarlı hava şəraiti paytaxtdan tutmuş regionlara qədər hər yerə, müxtəlif sahələrə, təbiidir ki, insanlara da təsirsiz ötüşməyib. Sən demə, sadə vətəndaşlarla yanaşı, şou-biznes nümayəndələri də qardan nəsibini alıb. Lent.az-ın bir neçə sənət adamları ilə söhbəti bunu göstərib.

“Dostum Rəhim Rəhimli” qarın zarafatına tuş gələnlərdən olub: “Düz üç gündür ki, qardan dolayı Əhmədlidəyəm. İndi yığışıb şəhərə tərəf gəlirəm. Qar yağanda dostum Niyaməddin Səlamigilə gəldim. Blokun ağzında gənclər məni görən kimi bir-birlərinə baxdı ki, “a, bu Rəhimdi? Əhmədliyə gəlib?” Özümü toparlayıb, qapının ağzında “necəsiniz uşaqlar?” demək istəyirdim ki, ayağım sürüşdü və yerə yıxıldım. Hələ də bədənimdə göyərmiş izlər var...”

Müğənni Zamiq üçün isə qar uğurlu olub. Yenicə ailə həyatı quran müğənni həyat yoldaşı ilə yaşadıqları evin yaxınlığındakı parkda qartopu oynayıblar.

Aktyor Fərda Xudaverdiyev düz iki dəfə qarın qəzəbinə tuş gəlib. O, əlində çörək dükandan çıxanda yıxılıb. Ətrafdakılar isə kömək etmək əvəzinə Fərdaya baxıb, gülüblər.

Teleaparıcı Dilarə Əliyeva qarlı havanı səmərəli qiymətləndirib: “Evdə oturub əriştə bişirmişəm... Çölə çıxa bilmədiyim üçün yıxılmağa vaxtım olmayıb. Birinci qarda, o soyuq havada “Space” telekanalının radio efirində qonaq oldum. Hətta dinləyicilər belə efirə ismarıc yollayıb, “bu soyuq havada Dilarə xanıma yazığınız gəlmir, qonaq çağırmısınız?” dedilər. Mən də dedim, narahat olmayın, daha gəlməyəcəm... İndi də növbəti qarda yenə də “Space”nin yadına düşmüşəm, məni verilişə çağırıblar...”

Müğənni Rəqsanə klip çəkilişini qara görə yubatmalı olub. İfaçı qarlı gündə evdə oturmaqla kifayətlənib.

“Next” qrupunun üzvləri konsertə hazırlaşdıqları üçünü qarlı gündə səhərədək məşq etməli olublar. Qrup üzvləri səhərədək oxuyublar, oynayıblar...

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 378

Oxşar yazılar