11 yaşlı qızı zorlayan kişi məhkəmə qarşısında
09 fevral 2010 12:15 (UTC +04:00)

11 yaşlı qızı zorlayan kişi məhkəmə qarşısında

Fevralın 9-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə 11 yaşlı qızı zorlamaqda təqsirləndirilən Qusar rayon sakininin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Lent.az-ın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən 1952-ci il təvəllüdlü Ənvər Niyaz oğlu Paşayevin cinayət işi üzrə məhkəmə baxışı fevralın 15-ə təyin olunub.

İttihama görə, 2009-cu il sentyabrın 25-də Qusar rayonu, Piral Tala kəndi sakini Ə.Paşayev qonşusu, 1998-ci il təvəllüdlü Samirəni (adı şərtidir) zorlayıb. Hadisə barədə Samirənin anası polisə məlumat verib. Qusar Rayon Polis İdarəsinin əməkdaşları bir neçə gün əməliyyat axtarış tədbirlərini davam etdirib. Nəhayət 20 gündən sonra Ə. Paşayevi Meşədə gizləndiyi məlum olub. O, dərhal tutularaq istintaqa təhvil verilib.

Ə.Paşayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli hərəkətlər təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi il ittiham olunur.
Qeyd edək ki, Ə. Paşayev zorlama maddəsi ilə həbsdə olub.
Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 688

Oxşar yazılar