Müharibə cinayətləri törədənlər İnterpol xətti ilə axtarılır
08 fevral 2010 17:45 (UTC +04:00)

Müharibə cinayətləri törədənlər İnterpol xətti ilə axtarılır

Zakir Qaralov: “6 hərbçinin ölümü ilə nəticələnmiş qanlı hadisənin tam və hərtərəfli istintaq olunması təmin ediləcək”

Əvvəlki hesabat dövrü ilə müqayisədə 2009-cu ildə hərbi xidmət əleyhinə, o cümlədən tabeçilik qaydaları əleyhinə, hərbi xidmətdən yayınma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə, fərarilik, qulluğa səhlənkar yanaşma, hakimiyyətdən sui-istifadə etmə cinayətlərinin sayının azalması, cinayətlərin 99,7 faizinin açılması Müdafiə Nazirliyinin müvafiq qurumları ilə əlaqəli şəkildə hərbi prokurorluq orqanları tərəfindən görülmüş işlərin nəticəsidir.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bunu fevralın 6-da Baş Prokurorluqda keçirilən geniş kollegiya iclasında baş prokuror Zakir Qaralov söyləyib.

Baş prokuror bildirib ki, 74 korrupsiya faktının - rüşvət alma və rüşvət vermə cinayətlərinin aşkarlanması mütəşəkkil cinayətkarlığın bu təhlükəli təzahürlərinə qarşı mübarizənin düzgün təşkilinin nəticəsi olub. Dağlıq Qarabağ və ona bitişik ərazilərdə erməni hərbi qüvvələri tərəfindən törədilmiş soyqırımı və digər ağır cinayətlərin istintaqı üzrə hesabat dövründə səmərəli istintaq hərəkətləri icra edilməklə, ümumilikdə insanlıq əleyhinə, müharibə cinayətləri törətmiş 289 şəxsin cinayət məsuliyyətinə cəlb olunması və barələrində məhkəmənin qərarları əsasında həbs qətimkan tədbiri seçilməsi, habelə İnterpol xətti ilə axtarışları təmin edilib.

“Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”na müvafiq olaraq, hərbi prokurorluq orqanlarının səmərəli fəaliyyəti, kadr işinin daha da təkmilləşdirilməsi üçün əlavə stimullar yaradılıb, Respublika Hərbi Prokurorluğunun Mərkəzi aparatının yeni strukturu təsdiq olunub, prokurorluq işçilərinin vəzifəyə təyin və azad edilməsi, onların barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərinin tətbiqi ilə əlaqədar əlavə səlahiyyətlər verilib, Zaqatala Hərbi Prokurorluğu yeni struktur qurum kimi təsis edilib.

Zakir Qalalov vurğulayıb ki, Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən fəaliyyət istiqamətləri üzrə işin daha da təkmilləşdirilməsi və hərbi cinayətlərin profilaktikası üçün zəruri tədbirlərin görülməsi, Daşkəsən rayonu ərazisində yerləşən hərbi hissədə baş vermiş və 6 hərbçinin ölümü ilə nəticələnmiş qanlı hadisənin tam və hərtərəfli istintaq olunması, bu qəbildən olan hadisələrin qarşısının alınması üçün Müdafiə və Milli Təhlükəsizlik nazirliklərinin müvafiq qurumları ilə əlaqəli şəkildə kompleks profilaktik tədbirlərin həyata keçirilməsi təmin ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 377

Oxşar yazılar