10-cu sinif şagirdi dəm qazından boğulub öldü
08 fevral 2010 13:45 (UTC +04:00)

10-cu sinif şagirdi dəm qazından boğulub öldü

Gəncədə 10-cu sinif şagirdi dəm qazından boğularaq, ölüb. Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə Gəncə şəhər Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, fevralın 8-də saat 01:55 radələrində şəhər sakini Əsgərov Fəxrəddin Əsəd oğlu yaşadığı evdə hamamda dəm qazından zəhərlənib. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 695

Oxşar yazılar