Dəhşətli yol qəzası: 6 ölü, 15 yaralı
04 fevral 2010 17:30 (UTC +04:00)

Dəhşətli yol qəzası: 6 ölü, 15 yaralı

Bu gecə saat 03:20 radələrində Dağıstanda dəhşətli yol qəzası baş verib.


Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, Həştərxan -Mahaçqala yolunun 275-ci kilometrində Mahaçqaladan Moskvaya gedən sərnişin avtobusu “KamAZ” markalı yük maşını ilə toqquşub.


Nəticədə 6 nəfər ölüb, 15 nəfər yaralanıb. Avtobusun və “Kamaz”ın sürücüləri, o cümlədən 1 sərnişin hadisə yerində, 3 nəfər xəstəxanaya aparılarkən yolda ölüb.


Araşdırma göstərib ki, sərnişin avtobusu hərəkət qaydasını pozub, “KamAZ”ın qarşısına çıxıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 587

Oxşar yazılar