DİN Hafiz Hacıyevlə polis mayorunun “razborka”sına aydınlıq gətirdi
04 fevral 2010 16:00 (UTC +04:00)

DİN Hafiz Hacıyevlə polis mayorunun “razborka”sına aydınlıq gətirdi

“Bu gün partiya sədrilə polis mayoru arasında olan söhbət avtomobili park etmək üstündə olub. Bu, əslində partiya sədrilə polis mayoru arasında deyil, iki sürücü arasında olan məsələdir”.

Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyevlə polis mayoru Firdovsi Quliyev arasında yaranmış mübahisə ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Lent.az-a verilən məlumatda belə qeyd olunub.

Məlumatda bildirilib ki, MMP-nin qərargahı ilə Binəqədi rayon Polis idarəsinin 4-cü Polis Bölməsinin inzibati binası yaxın məsafədə yerləşir. Bu sün səhər Firdovsi Quliyev avtomobilini park etdikdən sonra Hafiz Hacıyev də maşınını onun yaxınlığında saxlamaq istəyib. Bu zaman partiya sədri polis mayorundan “maşınının yerini bir qədər dəyişməsini”, konkret olaraq bölmənin qabağında saxlamağını istəyib. Mayor isə onun bu istəyinə gec əməl edib. “Belə olan halda onlar arasında anlaşılmazlıq yaranıb”. DİN mətbuat xidmətinin məlumatında belə deyilir. “Məsələdən xəbər tutan bölmə rəhbərliyi onların hər ikisini çağıraraq, söhbət edib. Beləliklə də anlaşılmazlıq aradan qalxıb və onlar sakitləşərək barışıblar. Partiya mətbuat xidmətinin guya polisin partiya sədrinin həyatına qəsd etməyə cəhd etməsi barədə deyilənlərsə, həddindən artıq şişirdilmiş və təəccüb doğuran məlumatdır” – deyə, məlumatda bildirilib.

Xatırladaq ki, bu gün MMP mətbuat xidmətinin yaydığı məlumatda deyilirdi ki, “Binəqədi rayon Polis idarəsinin 4-cü Polis Bölməsinin əməkdaşı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin həyatına qəsd etməyə cəhd edib”.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 446

Oxşar yazılar