Yasamalda ailə faciəsi
04 fevral 2010 11:45 (UTC +04:00)

Yasamalda ailə faciəsi

Bakı şəhərində bir ailənin üç üzvü dəm qazından boğularaq ölüb. Bu barədə APA-ya Yasamal rayon Prokurorluğundan məlumat verilib.


Hadisə fevralın 4-də saat 14.00 radələrində Yasamal rayonu, 2-ci Alatava qəsəbəsində baş verib. Qəsəbə sakini, 53 yaşlı Rasim Hümbətov yaşadığı evdə dəm qazından zəhərlənib. Onun övladları – 20 yaşlı Fatma, 18 yaşlı Gülşən və 17 yaşlı Aysel isə dəm qazından boğularaq ölüblər.


Hazırda hadisə yerində Yasamal rayon Prokurorluğunun və rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 611

Oxşar yazılar