Borçalıda azərbaycanlı ailələrinə hücum edənlərdən biri saxlanılıb
2012-ci il, oktyabrın 1-də Marneulidə (Sarvan) bir qrup silahlı quldurlar tərəfindən törədilən cinayət işi açılıb. Bununla bağlı N. Valeri adlı şəxs saxlanılıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan daxili işlər nazirliyi informasiya yayıb.
Məlumata görə, oktyabrın 1-də Həsənovlar ailəsinə basqın edən silahlı oğrular ev sahibinə işgəncə verərək 60 min lari qiymətində qızıl məmulatı və 5 min lari və 2 min dollar aparıblar. Saxlanılan şəxsin evi axtarılarkən zərərçəkən Marneuli sakini Həsənov ona məxsus qızıl-zinət əşyalarını tanıyıb.
Hazırda basqın törədən silahlı qrupun digər üzvləri də axtarılır. N. Valerinin günahı təsdiq olunarsa, onu qrup üzvləri ilə törətdiyi cinayətə görə, 6 ildən 15 ilə qədər azadlıqdan məhrum etmə gözləyir.
Qeyd edək ki, son aylar Marneuli və Bolnisidə azərbaycanlıların yaşadığı evlərə 13-15 dəfə silahlı basqın olub.

Oxşar yazılar

Ucar yolunda iki "Mercedes" toqquşdu, yaralılar var
23 iyul 2025 , 18:37
Sevgilisindən ayrılan oğlan özünü binadan atdı
23 iyul 2025 , 17:46
Füzulidə də yanğın BAŞLADI: helikopter cəlb olundu
23 iyul 2025 , 17:35
Şəmkir sakini ölü tapıldı
23 iyul 2025 , 17:31
Ədliyyə Nazirliyində YENİ TƏYİNAT
23 iyul 2025 , 17:00
Bakıda 10 nəfərin öldüyü partlayışın şahidləri DANIŞDI
23 iyul 2025 , 16:40
Azərbaycanda polisi terrorla şantaj edən uşaq CƏZALANDIRILDI
23 iyul 2025 , 16:33