Turan Yazqan torpağa tapşırıldı
APA-nın Türkiyə bürosunun məlumatına görə, noyabrın 22-də vəfat edən Türk Dünyası Araşdırmaları Vəqfinin başqanı, professor Turan Yazqan İstanbulda dəfn edilib. Professor Yazqan üçün uzun müddət işlədiyi İstanbul Universitetində vida mərasimi təşkil olunub. Mərasimdə Krım Tatar Milli Məclisinin sədri Mustafa Cəmil Kırımoğlu, İstanbul Universitetinin rektoru, professor Yunus Söylet, Turan Yazqanın Azərbaycanda, Qazaxıstanda, Qırğızıstanda açdığı universitet və fakültələrin idarəçiləri çıxış ediblər.
Mərasimdə çıxış edən azərbaycanlı deputat Sabir Rüstəmxanlı deyib ki, Turan Yazqanla 24 ildir çox yaxın dost olub: «O, türk dünyasının yetişdirdiyi nadir zəkalardan biri idi. Bu cür insanlar dünyanın durna çıraqlarıdır, bəşəriyyətə yol göstərirlər. Son illərdə Türkiyədə ona zülm etdilər. Nə üçün? Turan Yazqanın yeganə istəyi Türk dünyasının bir-birinə daha yaxın olması deyildimi? Belə bir insana necə əziyyət verə bilərdilər? Türkiyədə onun başında durduğu Vəqfin hər şeyini əlindən almağa çalışdıqları vaxtda bütün türk dünyası Turan Yazqana kömək etməyə hazır idi. Biz onun işini bütün gücümüzlə davam etdirəcəyik».
Turan Yazqanın qurucusu olduğu Türk Dünyası Araşdırmaları Vəqfində də vida mərasimi keçirilib. Mərasimdə türk dünyasının müxtəlif yerlərindən gəlmiş qonaqlar və professor Yazqanın Türkiyədəki alim həmkarları və dostları çıxış ediblər. Mərasimdə çıxış edən Azəri-Türk Qadınlar Cəmiyyətinin sədri Tənzilə Rüstəmxanlı Turan Yazqanı özünün mənəvi atası adlandıraraq deyib ki, onunla eyni zamanda yaşadığına görə, özünü xoşbəxt hiss edir.
Professor Turan Yazqanın cənazə namazı İstanbuldakı Fateh məscidində qılınıb. Cənazə namazına CHP sədri Kəmal Kılıçdaroğlu, MHP sədri Devlet Bahçeli, Türkiyə Böyük Millət Məclisinin vitse-spikeri Sadık Yakut, Türkiyənin elm və siyasət dünyasının tanınmış simaları qatılıblar. Cənazə namazının qılınmasından sonra TDAV başqanı, professor Turan Yazqan İstanbulun Zeytinburnu səmtindəki Kozlu ailə qəbiristanlığında dəfn edilib.

Oxşar yazılar

Mikroavtobusun vurduğu 50 yaşlı kişi xəstəxanada öldü
17 avqust 2025 , 23:07
Avtomobil 75 yaşlı qadını vurub öldürdü
17 avqust 2025 , 22:27İsmayıllıda avtomobil aşdı - Xəsarət alanlar var
17 avqust 2025 , 22:23
Təyyarə qəzaya uğradı - Ölənlər var
17 avqust 2025 , 21:45
Bloger-jurnalist İlhami Nəsibov həbs edildi
17 avqust 2025 , 16:21
Mingəçevirdə 55 yaşlı kişini BIÇAQLADILAR
17 avqust 2025 , 11:31
Şəkidə yol qəzası baş verdi, ölən var-YENİLƏNİB
17 avqust 2025 , 09:31