Qəza törədən “avtoş” polisdən qaça bilmədi
23 oktyabr 2012 09:01 (UTC +04:00)

Qəza törədən “avtoş” polisdən qaça bilmədi

(ANS TV) Qara rəngli “VAZ 2107” markalı avtomaşının sahibinə polislər tərəfindən dəfələrlə qanuni saxlama əmri verilsə də, sürücünün buna məhəl qoymaması vəziyyəti bir qədər mürəkkəbləşdirib.

Yol polisləri Yusif Səfərov küçəsində avtomaşını məcburi saxlamaq üçün yolları bağlamaq istəsələr də, avtoxuliqanlıq edən sürücü qəza bahasına polislərdən yayına bildi. Bu dəfə sürücü qarşısında dayanan Xəlil Qəmbərova məxsus “Nissan” markalı avtomaşını əzərək polislərdən qaça bilib.

Bakı şəhər Dövlət Yol Polis İdarəsindən verilən məlumata görə, artıq avtoxuliqanlıq edən sürücü – 20 yaşlı Allahverdiyev Malik Fərhad oğlu idarə etdiyi avtomaşınla birgə saxlanılaraq, Xətai rayon Polis İdarəsinin 37-ci polis bölməsinə təhvil verilib. Bölmədə aparılan təhqiqat araşdırmalarından sürücünün etdiyi qanun pozuntusuna hüquqi qiymət veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3089

Oxşar yazılar