Şamaxı yolunda qəza: mikroavtobus aşdı, 6 yaralı
Ötən gecə Bakı-Şamaxı yolunun 13-cü kilometrliyində 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. (ANS TV) Bakı istiqamətində hərəkət edən, Süleyman Süleymanovun idarə etdiyi “Mersedes” markalı mikroavtobusla 34 yaşlı Zöhrabov Elçin Ziyəddin oğluna məxsus eyni markalı minik maşını toqquşub. Məlumata görə, qəza zamanı Elçin Zöhrabov idarə etdiyi avtomaşını mikroavtobusun arxasına çırpıb. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq, aşıb.
Hadisədən sonra mikroavtobusda olan sürücü və 3 nəfər sərnişin ağır vəziyyətdə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. O cümlədən minik maşınının sürücüsü Elçin Zöhrabov və onun yanında olan sərnişin 26 yaşlı Əliyeva Nərgiz Adil qızı da xəstəxanaya müraciət edib.
Faktla bağlı Baş Dövlət Yol Polis idarəsinin istintaq və təhqiqat şöbəsinin əməkdaşları tərəfindən hadisə yerində araşdırma aparılıb. Bundan sonra isə aşan mikroavtobus digər yük maşının köməkliyi ilə öz yoluna qoyulub.
Hadisəsinin dəqiq baş vermə səbəbləri ekspertizaların rəyindən sonra məlum olacaq.

Oxşar yazılar

Novxanıda dənizdə 2 nəfər batdı
20 iyul 2025 , 10:40
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Araşdırma başlanıldı-YENİLƏNİB
20 iyul 2025 , 09:56
Göygöldə avtomobil piyadanı vurub öldürdü
20 iyul 2025 , 08:18
Sumqayıtda münaqişə bıçaqlanma ilə nəticələndi
19 iyul 2025 , 22:04
Zuğulba şosesində maşın yandı, Mərdəkan istiqamətində sıxlıq yarandı
19 iyul 2025 , 20:59
Faciəli ÖLÜM: Kişi maqnit rezonans tomoqrafiya aparatında can verdi
19 iyul 2025 , 20:42
Mingəçevirdə tənha yaşayan qadının meyiti tapıldı
19 iyul 2025 , 19:28