Bakıda oğurluq etmək istəyən oğlanın faciəsi - TƏFƏRRÜAT
22 oktyabr 2012 11:18 (UTC +04:00)

Bakıda oğurluq etmək istəyən oğlanın faciəsi - TƏFƏRRÜAT

Bakıda 29 yaşlı oğlanı elektrik cərəyanı vurub. Səbail rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Bayıl qəsəbə, Dəniz küçəsində yerləşən “Bibiheybət” Neft-Qaz çıxarma idarəsinin transformator məntəqəsində koma vəziyyətində olan gənc oğlan tapılıb. Həmin şəxs təcili olaraq xəstəxanaya yerləşdirilib.

Polis İdarəsində aparılan ilkin araşdırmalar nəticəsində məlum olub ki, həmin şəxs Zəngilan rayonundan məcburi köçkün düşmüş 1983-cü il təvəllüdlü Borçalıyev Mətləb Məstan oğludur. O, transformator məntəqəsində yüksək gərginlikli elektrik xətlərini kəsərək oğurlamaq istəyirmiş. Planını həyata keçirərkən 29 yaşlı oğlanı cərəyan vurub və o, yerdə qalıb.

M.Borçalıyevin yerləşdirildiyi 5 saylı şəhər xəstəxanasının yanıq şöbəsindən Lent.az-a bildirilib ki, xəstənin vəziyyəti çox ağırdır və o, reanimasiya şöbəsində saxlanılır.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2650

Oxşar yazılar