Xamneyidən İnternet yazışmalarına qarşı fitva
07 yanvar 2014 22:03 (UTC +04:00)

Xamneyidən İnternet yazışmalarına qarşı fitva

İran İslam Respublikasının ali rəhbəri ayətullah Seyid Əli Xamneyi bir-birinə qohum olmayan və tanışlığı olmayan kişilərlə qadınlar arasında internet yazışmasına qadağa qoyub.

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, onun rəsmi saytında yerləşdirilmiş fitvada bildirilib : «Əxlaqsızlığın baş alıb getdiyini nəzərə alaraq, belə yazışmalar qadağan olunur».

Ayətullah Xamneyinin verdiyi fitva İranda «WeChat» proqramından istifadənin dayandırılmasından bir neçə gün sonraya təsadüf edir. «WeChat» – smartfon istifadəçilərinə sosial şəbəkələrə qoşulmaq imkanı verən bir proqramdır.

Prezident Həsən Ruhani də daxil olmaqla İran hakimiyyətinin bir çox nümayəndəsinin «Twitter» və «Facebook» şəbəkələrində səhifələri var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1600

Oxşar yazılar