Misir xilas ediciləri Qırımızı dənizdə batan gəmisindən 30 turist xilas ediblər.
Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, xilas olunanların 19 Rusiya vətəndaşıdır.
Safaqadan hərəkətə başlayan «Mary Lou» gəmisi güclü fırtınaya düşüb. Nəticədə gəminin bir hissəsi batıb. Orada 11 misirli də olub.
İlkin məlumata əsasən, gəmidəkilərin hamısı sac-salamatdır.