Qəzza zolağına nəzarət edən «HƏMAS» təşkilatının qanunverici orqanı 2014-cü il üçün büdcə layihəsini təsdiqləyib.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, qarşıdan gələn il üçün 784 milyon dollarlıq büdcə müəyyənləşdirilib. Gəlir vergisi 2013-cü illə müqayisədə 48 milyon dollar azaldılaraq, 195 milyon nəzərdə tutulub. Buna səbəb kimi Qəzzanın blokada vəziyyətdə olması göstərilib.
«HƏMAS»-ın maliyyə nazirinin hesabatına əsasən, 2013-cü ildə zolağın büdcəsi 897 milyon dollar olub, bunun 243 milyon dolları vergilərlə dövlət xəzinəsinə qaytarılıb. 654 milyon dollarlıq xarici yardım edilib.