Çində hər il 1 - 2,5 min adam edam olunur. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, artıq edamlar çinliləri təəccübləndirmir. Yerli blogerlər isə müxtəlif cinayətlərə görə, edam hökmü almış çinli gözəllərin ilk “onluğu”nu tərtib ediblər.
19 yaşlı Jen Syu bacısının sevgilisini öldürüb. İlkin versiyalara görə, gənc qatil qurbanı ona yaxşı maaş vermədiyi üçün bu addımı atıb.
20 yaşlı Lyu Çzinfenin əri əyyaş olub. Bir gün sərxoş ər arvadına qəzəblənib uşağı boğub öldürüb. Uyğun zaman seçən qadın isə gecə yatanda oraqla ərinin başını kəsib. Sonra isə izi itirmək üçün evi yandırıb.
20 yaşlı Taoçzin və 21 yaşlı Fen Kyukon narkotrafikə görə edam olunub.
18 yaşlı Sun Dan oğurluq və adam öldürmə maddəsiylə həbs olunub və güllələnib.
He Yukon qadın alveriylə məşğul olurmuş
Lai Syançzan ərini öldürüb.
23 yaşlı Lyu İpim aeroportda bilet satıcısı olub. Dövlətin pulunu mənimsəməkdə ittiham edilib.
22 yaşlı Don İn birlikdə oğurluq etdikləri həmkarını öldürüb.
22 yaşlı Lyu Yu qısqanclıq zəmində evlənəcəyi adamı dərman verib öldürüb. Buna görə də edam olunub.