“Formula 1”in məşhur pilotu, almaniyalı Mixail Şumaxerin xizək sürərkən yıxılmasından sonra Almaniya daha bir xizək qəzası xəbəri ilə sarsılıb. Lent.az-ın AFP xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Almaniya kansleri Angela Merkel də xizəklə sürüşərkən yıxılıb.
Almaniya hökumətindən verilən xəbərə görə, Merkelin çanaq sümüyündə çat aşkarlanıb. Bu səbəbdən də qarşıdakı 3 həftə ərzində kanslerin bütün görüş və toplantıları ləğv edilib.
Qeyd edək ki, “Formula 1”də 1994-2004 arası 7 dəfə dünya çempionu olan əfsanəvi alman pilot Şumaxeri hələ də komadan ayıltmaq mümkün olmayıb. Fransa ərazisində, Alp dağlarında oğlu ilə birgə xizək sürərkən yıxılan Şumaxerin başında qəza vaxtı kaska olsa da, zərbənin gücündən o, ölümcül hala düşüb.

Angela Merkel xizək sürərkən yıxılıb
Oxşar yazılar

Bu GERÇƏKDİR: 6 dəfə ölüb dirildi - Həyatı sənədli film oldu
21 avqust 2025 , 20:15
Açılmayan SİRR: səssiz adam 11 ildir yolları bağlayır
21 avqust 2025 , 18:06
Gəmidə toyuq kotletlərinə görə kütləvi DAVA
21 avqust 2025 , 16:54
Dünyanın ən əlçatmaz kitabxanası: harada yerləşir və insanları necə cəlb edir?
21 avqust 2025 , 14:32
Süni intellektlə sevgili oldu, arvadını boşamaq istədi
21 avqust 2025 , 14:03
Özbəkistan Ginnesin Rekordlar Kitabında: Bir gündə 1900-dən çox robot
21 avqust 2025 , 08:11
Türkiyədə AĞIR QƏZA: 1 ölü, 13 yaralı var
21 avqust 2025 , 07:03