Rusiyadakı "sxodka" niyə azərbaycanlının kafesində keçirilib? - Sahib Mehdiyev və "Ded Xasan"ın nəvəsi azadlıqda - <span style="color:red;">TƏFƏRRÜAT
16 iyul 2019 12:16 (UTC +04:00)

Rusiyadakı "sxodka" niyə azərbaycanlının kafesində keçirilib? - Sahib Mehdiyev və "Ded Xasan"ın nəvəsi azadlıqda - TƏFƏRRÜAT

Moskva vilayətinin Lyubertsı şəhərində yerləşən “Dyuşes” kafesində baş verən “sxodka” barədə bəzi təfərrüatlar məlum olub. Moskvadakı mənbəmizin məlumatına görə, Lyubertsı nəinki Moskva vilayətinin, bütün Rusiyanın ən kriminal şəhərlərindəndi:

"Bir vaxtlar Lyubertsı mafiyası bütün Moskvanı qorxu içində saxlayıb. Düzdür, indi vəhşi 90-cı illər olmasa da, amma Lyubertsı kriminal ünsürlər üçün hələ də rahat şəhərlərdən biridir.

“Dyuşes”in “sxodka” yeri kimi seçilməsi də təsadüfi deyil. Söhbət ondan gedir ki, “Dyuşes” Rauf adlı azərbaycanlı iş adamına, yəni qafqazlıya məxsusdur. Elə “sxodka”ya yığışanlar da, əsasən qafqazlılar olub.

 

Yeri gəlmişkən, “Dyuşes”  kafelər şəbəkəsidir, Moskva və vilayətlərində bir neçə bu adda obyekt var. Buranın ərzağı Azərbaycandan gətirilir. Hətta göyərtisinə kimi. Azərbaycanın təndir kababı “Dyuşes”in menyüsünün baş təamıdır. Bir qədər əvvələdək “Dyuşes”in baş aşpazı Kamal Abdullayev idi. Kamal Almaniyada, İtaliyada Avropa mətbəxinin sirlərini öyrənmiş adamdır. Moskvada tanınan ustalardandı”.

 

Mənbənin dediyinə görə, 32 “qanuni oğru”dan söhbət gedə bilməz: "Bu, sadəcə reyd olub. Saxlanılanların sayı, düzdü, 32 olub. Eləcə də Sahib Mehdiyev və onun döyüş sambosuyla məşğul olan iki dostu. Onlar təsadüfən orda olublar. “Ded Xasan”ın nəvəsiylə onun heç bir əlaqəsi və münasibəti yoxdur. Sadəcə reyd zamanı “Dyuşes”də olan hamı aparılıb".

 

Lent.az-ın müxbiri “Dyuşes” kafesiylə əlaqə saxlayıb. Kafenin adının çəkmək istəməyən inzibatçısı əvvəlcə belə bir hadisənin baş vermədiyini dedi. Amma sonradan etiraf etdi ki, olay baş verib. Sonra bundan artıq heç nə deyə bilməyəcəyini qeyd etdi.

Bir qədər əvvəl aldığımız məlumata görə, Sahib Mehdiyev və saxlanılanların əksəriyyəti eləcə də “Ded Xasan”ın nəvəsi İrakli Usoyan “xırda xuliqanlıq” maddəsiylə inzibati qaydada cəzalandırılaraq sərbəst buraxılıblar.

 

 

15:07:2019

14.34

 

“Sahib Mehdiyevin 39 yaşı var. O, uzun illərdir Moskvada yaşayır”. Bu barədə Lent.az-a Moskvadakı mənbə xəbər verib. Mənbənin dediyinə görə, Sahibin Moskva metrosunun “Kuzminki” stansiyası yaxınlığında şəxsi idman klubu da fəaliyyət göstərir.

Klub mərhum polis zabiti Rinat Sadıkovun adını daşıyır.

Sahib Mehdiyev Rusiyanın ali kateqoriyalı məşqçiləri sırasına daxildir. Bu barədə ona Rusiya Sambo Federasiyası tərəfindən sertifikat da verilib. O, beynəlxalq dərəcəli idman ustasıdı. Döyüş sambosu üzrə dəfələrlə Rusiya, 5 qat Moskva  çempionudur. Bir çox beynəlxalq yarışların qalibidir. Bundan başqa o, əlbəyaxa döyüş üzrə Moskva çempionudur. Adı indiyədək heç bir kriminal olayda hallanmayıb.

 

***
11:59

Rusiya kriminal aləminin keçmiş lideri "Ded Xasan"ın nəvəsi İrakli Usoyan Moskva vilayətində həbs edilib. Lent.az-ın ura.news-a istinadən məlumatına görə, İrakli Usoyan Lyubertsı şəhərind yerləşən “Dyuşes” restoranında keçirdiyi “sxodka”da 32 "qanuni oğru" ilə birgə yaxalanıb. “Sxodka” narkotikdən gələn gəlirlərin necə bölüşdürülməsi ilə bağlıymış.

Yaxalananlardan biri döyüş sambosu üzrə Rusyia çempionu Sahib Mehdiyevdir.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14519

Oxşar yazılar

Tramp məzuniyyətdən imtina etdi - Şok səbəb

Tramp məzuniyyətdən imtina etdi - Şok səbəb

20 avqust 2025 , 05:50
Avtomobillərdə videoregistrator  və GPS  məcburi olacaq

Avtomobillərdə videoregistrator  və GPS məcburi olacaq

20 avqust 2025 , 04:46
Polis tutuquşu   sayəsində narkoşəbəkəni ələ keçirdi

Polis tutuquşu sayəsində narkoşəbəkəni ələ keçirdi

19 avqust 2025 , 18:54
Həbsdən yayınmaq üçün 4 ilə 3 uşaq doğdu

Həbsdən yayınmaq üçün 4 ilə 3 uşaq doğdu

19 avqust 2025 , 18:10
Avqust ayında ilk qar yağdı  - GÖZLƏNİLMƏZ

Avqust ayında ilk qar yağdı - GÖZLƏNİLMƏZ

19 avqust 2025 , 17:56
Aktrisa  meşədə azaraq öldü

Aktrisa meşədə azaraq öldü

19 avqust 2025 , 17:41
Deputat parlament binasında intihar etdi

Deputat parlament binasında intihar etdi

19 avqust 2025 , 17:27
Gənc qadın 18-ci mərtəbədən  yıxılıb öldü

Gənc qadın 18-ci mərtəbədən yıxılıb öldü

19 avqust 2025 , 14:26