«Suriya ilə bağlı ABŞ - Rusiya məsləhətləşməsi davam edir»
06 sentyabr 2013 06:14 (UTC +04:00)

«Suriya ilə bağlı ABŞ - Rusiya məsləhətləşməsi davam edir»

Suriyadakı rejim təmsilçisi və müxalifət nümayəndələrinin iştirakı ilə «Cenevrə-2» konfransına hazırlıqla bağlı ABŞ –Rusiya məsləhətləşmələri davam edir.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bu haqda Dövlət Departamentinin təmsilçisi Cen Psaki açıqlama verib.

 

Onun sözlərinə əsasən, bu, Suriyadakı rejimin kimyəvi silah tətbiq etdiyi üçün  ABŞ-ın hərbi zərblərə endirəcəyi niyyəti ilə ziddiyyət təşkil etmir.

 

«Bu kimyəvi silahdan istifadəyə birbaşa cavabdır. Biz inanırıq ki, bu yolla rejimin kimyəvi silah tətbiqi imkanlarını azaldar. Bu, onları Cenevrəyə getməyə məcbur edə bilərmi? Onu deyə bilmərəm. Hər iki tərəfi danışıqlar masasına qaytarmağımız ruslar və başqaları ilə məsləhətləşmələrimizin bir hissəsi olaraq, qalmaqdadır» -deyə, Psaki vurğulayıb.

 

O, əlavə edib: «Problemin siyasi yolla həllinə sadiqik və konfransın mümkün qədər tez keçirilməsinə ümid edirik».

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 591
avatar

Oxşar yazılar