“G-20”  başladı
05 sentyabr 2013 18:51 (UTC +04:00)

“G-20”  başladı

 

Bu dəqiqələrdə Sankt-Peterburqda Konstantinovsk sarayında “G-20” sammiti öz işinə başlayıb.

 

Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, dünyanın ən böyük iqtisadiyyatına malik 20 ölkənin liderlərinin qatıldığı sammit Suriya böhranı ilə bağlı müzakirələrin kəskinləşməsi fonunda keçirilir.

 

Sammitdə çıxış edən Rusiya prezidenti Vladimir Putin deyib ki, dünya iqtisadiyyatı qlobal iqtisadi böhrandan hələ tam qurtulmayıb, ciddi risklər qalmaqdadır.  Onun sözlərinə görə, ABŞ iqtisadiyyatı inkişaf etsə də, inkişaf tempi yetərli deyil. Uzun illərdən sonra ilk dəfə Yaponiyada iqtisadi inkişaf barədə danışmaq mümkün olsa da, bu tendensiyanın möhkəm qorunacağına zəmanət yoxdur. 

 

Vladimir Putin Avropa Birliyi ölkələrindəki durğunluğa diqqət çəkib. O qeyd edib ki, bu ilin ikinci rübündə Avropa Birliyində cəmi 0,3 faiz artım qeydə alınıb, ümumilikdə il ərzində isə 0,6 faiz geriləmə gözlənilir.

 

 



 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 740

Oxşar yazılar

Havaya qalxan təyyarənin mühərriki yandı -VİDEO

Havaya qalxan təyyarənin mühərriki yandı -VİDEO

20 iyul 2025 , 11:47
Qəzzada onlarla insan öldü

Qəzzada onlarla insan öldü

20 iyul 2025 , 09:15
Səudiyyə şahzadəsi 20 il komada  qaldıqdan sonra öldü

Səudiyyə şahzadəsi 20 il komada qaldıqdan sonra öldü

20 iyul 2025 , 07:35
Rusiya Zaporojyeni vurdu

Rusiya Zaporojyeni vurdu

20 iyul 2025 , 04:27
Suveydada silahlı toqquşmalar tamamilə dayandırıldı

Suveydada silahlı toqquşmalar tamamilə dayandırıldı

20 iyul 2025 , 01:41
Dağıstanda yük maşını aşdı: 20-yə yaxın uşaq  yaralandı

Dağıstanda yük maşını aşdı: 20-yə yaxın uşaq yaralandı

19 iyul 2025 , 23:31
39 il həbsdən sonra BƏRAƏT ALDI

39 il həbsdən sonra BƏRAƏT ALDI

19 iyul 2025 , 19:53
Çobanı və bütün sürünü ildırım vurub öldürdü  - VİDEO

Çobanı və bütün sürünü ildırım vurub öldürdü - VİDEO

19 iyul 2025 , 19:22