Tramp pandemiya başlayanda Putinə gizli COVID testləri  verib - İDDİA
10 oktyabr 2024 17:10 (UTC +04:00)

Tramp pandemiya başlayanda Putinə gizli COVID testləri verib - İDDİA

2020-ci ildə ABŞ-ın o zamankı prezidenti Donald Tramp gizli şəkildə Vladimir Putinə son dərəcə qıt koronavirus testləri verib. 

Lent.az bildirir ki, bu barədə “Washington Post” redaktorunun müavini Bub Vudvordun yazdığı "Müharibə" sənədli kitabında deyilir. Qəzet kitabdan parçalar təqdim edir.

Qeyd olunur ki, pandemiyanın lap əvvəlində ABŞ digər ölkələr kimi xəstəliyin aşkarlanması üçün test çatışmazlığı ilə üzləşib. Məhz həmin vaxt Tramp şəxsi istifadəsi üçün gizli şəkildə Putinə istədiyi testləri göndərib.

Virus qorxusundan “uyuşan” Putin testi qəbul edib, lakin hər şeyi gizli saxlamaq üçün əziyyət çəkib. Xüsusilə, o, amerikalı dostundan bu çatdırılma barədə heç kimə danışmamasını xahiş edib. Eyni zamanda, kitabın müəllifi iddia edir ki, Putin bununla Trampın özünün yox, onun siyasi imicindən narahatdır.

Kitabın müəllifinə görə, Putin Trampa "Mən heç kimə deməyinizi istəmirəm, çünki insanlar mənə deyil, sizə qəzəblidir" deyib.

Jurnalistin sözlərinə görə, bu gün də onların arasında şəxsi münasibət qalır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2262
avatar

Oxşar yazılar