Vəfa Şərifova Afət Fərmanqızını məhkəməyə  verdi
10 oktyabr 2024 19:33 (UTC +04:00)

Vəfa Şərifova Afət Fərmanqızını məhkəməyə verdi

Müğənni Vəfa Şərifova həmkarı Afət Fərmanqızını məhkəməyə verib.

Lent.az-ın xəbərinə görə, bu xəbəri müğənni özü efirdə verib.

"Afəti məhkəməyə vermişəm. Bu mövzu haqqında çox danışmaq istəmirəm. İş məhkəmədədir. Ailəmə və mənim şəxsiyyətimə söyüş, təhqir olub. O dövrdə belə məhkəməyə müraciət etmədim. İndi görün hanı həddə gəlmişəm ki, məhkəməyə müraciət etmişəm", - o deyib.

Afət efirə telefonla qoşularaq Vəfanın onu məhkəməyə verməsində heç bir porblem görmədiyini vurğulayıb:

"Lap gözəl.  Onun ustadı güclüdür. 60 yaşlı biridir. O qadının əli ilə yenidən bu məsələni açdı. Artıq hüququşünas olmuşam. Qanuna görə cəzası cərimədir. Əgər təhqir varsa, sübutu yetirilərsə, problem yoxdur".
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6129
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar