İndoneziyada ata qumar oynamaq üçün yeni doğulan körpəsini satıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu qəribə olay Tanqeranq şəhərində baş verib. 36 yaşlı ata qumar oynamaq üçün yeni doğulan körpəsini Facebook-da satışa çıxarıb. Bir nəfər də bu elanla maraqlanıb və uşağı 700 sterlinqə (1289 manat) alıb.
Ana evə qayıdanda uşağın evdə olmadığını görərək polisə məlumat verib. Uşağın atası tərəfindən satılması da bu zaman ortaya çıxıb.
Polis hadisə ilə bağlı 2 nəfəri saxlayıb. Onları 15 ilədək həbs, həmçinin külli miqdarda cərimə cəzası gözləyir.