Bakı sakinini aldadıb 14500 manatını  aldı
10 oktyabr 2024 13:03 (UTC +04:00)

Bakı sakinini aldadıb 14500 manatını aldı

Bakı sakininə qarşı külli miqdarda dələduzluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Bakı şəhər sakini olan bir nəfərin 14500 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 51 yaşlı E.Sadıqov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 564
avatar

Oxşar yazılar