Prokurorluqda işləmək üçün nə etmək lazımdır? - Heydər Məmmədovdan AÇIQLAMA
10 oktyabr 2024 11:04 (UTC +04:00)

Prokurorluqda işləmək üçün nə etmək lazımdır? - Heydər Məmmədovdan AÇIQLAMA

İndiyədək işə qəbulla bağlı keçirilmiş 25 müsabiqədə uğur qazanmış 1203 hüquqşünas prokurorluq işçilərinin 89,1 faizini təşkil edir.

Lent.az xəbər verir ki, bunu Baş prokurorun müavini Heydər Məmmədov deyib.

H.Məmmədov bildirib ki, hazırda müsahibənin - I mərhələsi, yəni test mərhələsi keçirilir: "Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə həyata keçirilən bu test mərhələsində, prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan 300-dən artıq namizəd iştirak edir. Azərbaycan Respublikasının prokurorluq orqanlarında işə qəbulla bağlı imtahanlar ilk dəfə ulu öndər Heydər Əliyevin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə əsasən keçirilib. 2002-ci ildən etibarən artıq 25 müsabiqə təşkil edilib. Bu müsabiqələrdə uğur qazanan 1203 gənc hüquqşünas prokurorluq orqanlarında işə qəbul olunub. Hazırda onlar prokurorluq əməkdaşlarının 89,1 faizini təşkil edir. Sevindirici haldır ki, hazırda müsabiqə yolu ilə qulluğa qəbul olunmuş işçilərin bir çoxu yuxarı təsnifat vəzifələrə irəli çəkilib, o cümlədən 169 nəfər hazırda müstəqil rayon və şəhər prokuroru kimi və müstəqil struktur qurumların rəhbəri kimi fəaliyyət göstərir və onlardan bir neçəsi xüsusi ali rütbə alıb” - H.Məmmədov deyə əlavə edib.

Qeyd edək ki, prokurorluq orqanlarında 50 vakant ştat vahidi üzrə bu gün keçirilən növbəti 26-cı müsabiqə üzrə 300-dən artıq namizəd qüvvəsini sınayır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3744
avatar

Oxşar yazılar