Deputatın yerinə  TƏYİNAT
10 oktyabr 2024 13:22 (UTC +04:00)

Deputatın yerinə TƏYİNAT

Milli Məclisin İqtisadi qanunvericilik şöbəsinə yeni müdir müavini təyin edilib. 

Lent.az-ın xəbərinə görə, İlqar Cəfərov parlamentin İqtisadi qanunvericilik şöbəsinə yeni müdir müavini təyin edilib. 

Qeyd edək ki, bundan öncəki çağırışda Milli Məclisin İqtisadi qanunvericilik şöbəsinin müdir müavini Rövşən Muradov olub. Rövşən Muradov son parlament seçkilərində 121 saylı Laçın seçki dairəsindən deputat seçilib. 

İlqar Cəfərov isə bundan öncə Milli Məclisin Məxfi sənədlərlə iş sektorunun müdiri olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1074
avatar

Oxşar yazılar