Müdafiə Sənayesi Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Yaşar İsakov işdən çıxıb.
Lent.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib:
"Əziz jurnalist bacılar və qardaşlar!
Bu gün öz xahişimlə Müdafiə Sənayesi Nazirliyinin İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifəsindən ayrıldım".
Qeyd edək ki, o bu vəzifəyə 2019-cu ildə təyin edilmişdi.