Bakının bu yollarında da maşın saxlaya  biləcəksiniz
10 oktyabr 2024 12:21 (UTC +04:00)

Bakının bu yollarında da maşın saxlaya biləcəksiniz

Bakıda avtomobillər günü-gündən çoxalır. Bunun nəticəsində də sürücülər üçün maşının parklanmasında problem yaranır.

Azərbaycanın Yerüstü Nəqliyyat Agentliyindən Lent.az-a verilən xəbərə görə, Agentlik tərəfindən paytaxtın bir çox yerlərində avtomobilləri saxlamaq üçün yeni və müasir parklanma məntəqələri salınır.

Qeyd edək ki, Alı Mustafayev küçəsində 17 yerlik parklanma məntəqəsinin təşkili üçün nişanlanma işləri görülüb. Bundan başqa, Mərdanov qardaşları küçəsində 1 məntəqədə yol nişanı quraşdırılaraq ödənişli parklanma tətbiq edilib. Əlavə olaraq, Mərdanov qardaşları, Yusif Məmmədəliyev və Alı Mustafayev küçələrində mövcud parklanma məntəqələrində 5 ədəd məlumat lövhəsi yol nişanı quraşdırılıb.

Paytaxtın Mikayıl Müşfiq küçəsində isə 2 ədəd “Dayanma və durma qadağandır” yol nişanı quraşdırılıb.

Bu istiqamətdə işlər davam etdiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 927
avatar

Oxşar yazılar