Şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA
16 sentyabr 2024 09:29 (UTC +04:00)

Şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Bununla bağlı Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Sentyabrın 16-sı saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gündüz bəzi dağlıq və dağətəyi ərazilərdə şimşək çaxıb, qısamüddətli yağış yağıb.

Düşən yağıntının miqdarı Goranboy, Yardımlı, Astara, Daşkəsən, Gədəbəydə 1 mm-dək olub.

Sarı xəbərdarlığa uyğun olaraq şimal-şərq küləyi arabir Culfada 21 m/s, Gəncədə 20 m/s, Goranboyda 19 m/s, Tərtərdə 18 m/s, Bakıda və Abşeron yarımadasında isə 16 m/s-dək güclənib.

Şahdağ, Qrızda duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 31, Aran rayonlarında 30, dağlıq rayonlarda 19 dərəcəyədək isti qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1620
avatar

Oxşar yazılar