Haitidə cinayətkar qruplaşma 70 mülki vətəndaşı öldürüb.
Lent.az xarici mediaya istinadla bildirir ki, Qran Qrif adlı qruplaşma Pont-Sonde bölgəsinə hücum edib. Nəticədə 70 mülki vətəndaş qətlə yetirilib.
Cinayətkar birliyin lideri Lukson Elan hadisənin məsuliyyətini öz üzərinə götürüb və buna izah verib. O bildirib ki, yerli əhali arasında Qran Qrif qruplaşmasına pul yığmaq üçün ona mane olan digər dəstəyə kömək edənlər var. Buna görə də bölgəyə hücum edərək həmin insanları öldürüblər. Şahidlərin sözlərinə görə, cinayətkarlar həm də evlərə girərək, oğurluq, talama və s. əməllər törədiblər.
Beynəlxalq ictimaiyyət Haiti hökumətini yerli qruplaşmalara qarşı tədbir görməyə səsləyib. Bu hücumun Haitidə qruplaşmaların etdiyi ən böyük cinayət olduğu bildirilir.