ABŞ-da kişi saxlanılarkən bahalı zinət əşyalarını udub.
Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Florida ştatında, Orlando şəhərindəki “Millenia Mall”da baş verib.
32 yaşlı fevralın 26-da guya zərgərlik ilə maraqlanmaq üçün özünü “Orlando Magic” basketbol komandasının nümayəndəsi kimi göstərib və bununla da “Tiffany & Co.” mağazasının VIP sahəsinə giriş əldə edib.
Müşahidə kameralarından göründüyü kimi, kişi piştaxtadan iki cüt brilyant sırğa götürərək qaçmağa çalışıb. Mağaza işçisi ona mane olmağa çalışsa da, Gilder güc tətbiq edərək 587 min dollar dəyərində olan üzüyü götürərək mağazadan qaçıb.
Gilder avtomobilə minib qaçsa da, polis onun oğurluq etdiyini tez anlayıb. Qısa müddətdən sonra Florida şossesi patrulu onu arxa işıqların nasazlığına görə ştatlararası yolda saxlayıb.
Saxlanılarkən həmin şəxs müqavimət göstərib və bir neçə əşyanı, ehtimal ki, oğurlanmış sırğaları udub. Bununla da, ümumilikdə 769 min 500 dollarlıq qızılları mədəsində daşıyıb.
Həbsxanada onun üzərində axtarış və skan edildikdən sonra mədəsində “yad əşyalar” tapılıb. Polis bunların itkin “Tiffany & Co” sırğaları olduğundan şübhələnir, lakin rəsmi təsdiq üçün bu yetərli deyil.
Maraqlıdır ki, şübhəli şəxs özü həbsxana işçilərindən “qarnında olanlara görə” ittiham olunacağını soruşub. Zabitlərdən biri Gilderin sırğaları pəncərədən atmasını da eşidib.
Axtarış zamanı onun avtomobilindən qiymət etiketləri, qəbzlər və mobil telefon, həmçinin “Tiffany & Co” şirkətinin sırğalarının blankları aşkar edilib.