Ukraynanın daha bir şəhərindıə Rusiya əsgərləri əsir düşüb.
Lent.az Ukrayna KİV-ə istinadla bildirir ki, Axtırka vilayətində polis əməkdaşları şəhərdə qarətlə məşğul olan 10 rus əsgərini saxlayıb. Bu barədə Milli Polisin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, polis əməkdaşları qarətlə məşğul olan Rusiya əsgərlərini Qrunskaya və Kamışanskaya ərazilərində tapıb.
Ukrayna hüquq-mühafizə orqanları vətəndaşlara müraciət edərək, şübhəli şəxslər gördükdə dərhal 102 xidmətinə məlumat verməyə çağırıb.
***
Ukrayna ordusu Nikolayev vilayətində daha bir neçə Rusiya hərbçisini əsir götürüb.
Lent.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb. Bildirilir ki, əsir götürülənlər arasında yaralılar da var.
Məlumata əsasən, onlara ukraynalı həkimlər tibbi yardım göstərirlər.