Vladimir Putin, Rusiya Prezidenti
05 iyun 2022 13:30 (UTC +04:00)

Vladimir Putin, Rusiya Prezidenti

Putindən növbəti HƏDƏ

ABŞ reaktiv raket sistemlərinin Ukraynaya tədarükündə məqsəd münaqişəni mümkün qədər uzatmaqdır.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, bunu Rusiya prezidenti Vladimir Putin “Moskva. Kreml. Putin” proqramında bildirib.

Vladimir Putin deyib ki, Ukraynada əvvəllər də belə raket sistemləri olub, sadəcə, bu itkilərin yeri doldurulur: "ABŞ-ın Ukraynaya reaktiv yaylım atəşi raket sistemlərinin tədarükü mahiyyətcə heç nəyi dəyişmir. Rusiya xüsusi əməliyyata başlayanda Ukrayna ordusunda təxminən 515 raket kompleksi var idi, onlardan 380-i məhv edilib. Lakin bəziləri bərpa edilib və ya ehtiyatlardan götürülüb. Hazırda Kiyevdə 360-a yaxın belə raket kompleksi var”.

Rusiya Prezident onu da qeyd edib ki, əgər Kiyevə uzaq mənzilli raketlər verilərsə, bu halda Moskva lazımi nəticələr çıxaracaq və indiyə qədər toxunulmayan obyektlərə zərbələr endiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3210
avatar

Oxşar yazılar